İranda sutka ərzində 480 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 13 421 nəfər koronavirusa (COVID-19) yoluxub.

Yenicag.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusa yoluxanların sayı 801 894 nəfərə çatıb. Virus daşıyıcılarından 5 712 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda ötən sutka ərzində 480 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 42 941 nəfərə çatıb.

Nazirlik rəsmisi bildirib ki, İranda indiyədək 576 983 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 5,62 milyondan çox diaqnoz testi həyata keçirilib.

Sadat Lari deyib ki, İranın 27 vilayəti qırmızı zona, 4 vilayəti isə narıncı zona hesab olunur.