Tanınmış hüquq müdafiəçisi HƏBS EDİLDİ

İranın Sistan və Bəlucistan əyalətindən olan uşaq hüquqları müdafiəçisi Zöhrə Səyyadi həbs edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Onun 1 il azadlıqdan məhrum edilərək Tehranın Evin həbsxanasına köçürüldüyü bildirilir.

Qeyd edək ki, hazırda xərçəng xəstəliyindən əziyyət çəkən xanım fəal bundan öncə də mədəni dinc fəaliyyətlərinə görə təzyiqlərə məruz qalıb.