!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda teatr, yoxsa Nəsrəddin şahın hərəmxanası? — Qacar xanədanına atılan çirkab

!Reklam – Yazi

xiran.jpg.pagespeed.ic.wBZovKGPcG (2)Bu fotolar uzun müddətdir ki, həm sosial şəbəkələrdə, həm də internet resurslarında İran şahı Nəsrəddin şah Qacarın hərəmxanası kimi təqdim edilir. Dərd orasındadır ki, Rusiya internet portallarının bir neçəsində də bu fotolar bu adla təqdim edilir. Yerli sosial şəbəkə istifadəçiləri, internet portallarının müxbir və redaktorları ənənəvi “copy-paste” düsturuna sadiq qalaraq, eyni xəbəri olduğu kimi tirajlayıb oxucu və izləyiciləri dezinformasiya ilə yükləyirlər. Yazılan rəylərdə və başlıqlarda İran şahının zövqsüz olduğu, hərəmxanasına bığlı-saqqallı qadınların dəvət edildiyi yazılır. Eyni zamanda, bəzi “araşdırmaçılar” irəli gedərək o dövrdə homoseksuallığın dəb olduğunu, Qacar şahının isə kişilərdən yox, kişifason qadınlardan istifadə etdiyini yazırdı. Etiraf edim ki, bir müddət mən də bu versiyanın doğruluğuna inanırdım.

Daha sonra bəzi “antropoloqlar” fotolardakı “qadınların” erməni əsilli olduqlarını, hərəmxanaya gətirildiklərini qeyd etdilər. Hətta bəziləri daha irəli gedərək, erməni qadınlarının tüklü olduğunu, əsasən də burunaltı və çənə nahiyələrində cod tüklər olduğunu bildirdi. Yenə də etiraf edim ki, bu versiya da mənim ağlıma batırdı. Amma yenə də içimdə bir hiss bunun belə olmadığını deyirdi. Çünki tarixdə oxuduqlarımıza, sənədlərə və arxivlərə əsasən, şahların sarayına ölkənin ən gözəl qızları aparılırdı. Qacar şahının hərəmxanasında bu tipli qadınların mövcudluğu bu məsələ ilə tərs mütənasib idi. Baxdığım bir rus internet portalında isə, dəvət edilmiş “alim” bu qadınların həqiqətən də hərəmxana sakinləri olduğunu bildirib və “zövqlər müzakirə olunmur” cümləsi ilə fikrini tamamlayıb.

Ölkə.Az saytında araşdırma yazılar yazdığım üçün bu məsələni dəqiqliklə araşdırmaq qərarına gəldim.

Araşdırmalarım davam etdi və 1965-ci ildə nəşr edilmiş “Teatr Ensiklopediyası” kitabına rast gəldim. Sovet ensiklopediyası cildindən olan bu kitabın səhifələrində rastlaşdığım faktlar məni şoka saldı. Bu barədə oxucularımıza ətraflı məlumat vermək qərarına gəldim. Bu araşdırmaya, Ölkə.Az saytında yayımlanan bu məqaləyə inanmayanlar yuxarıda adı qeyd edilən kitabı vərəqləyə bilər.

19-cu əsrin sonlarında Qərbi Avropanın intellegensiya dairələri ilə təmasda olan şah sarayı və Qacarlar dövləti səhnə mədəniyyətinə böyük maraq göstərməyə başladı. İstər Novruz bayramlarında, istərsə də digər tədbirlərdə Nəsrəddin şahın sarayında məişət və satira xarakterli kiçik pyeslər oynanılırdı.

1890-cı ildə saray əyanları üçün ilk dövlət teatrı təsis edildi. Bu teatr Dar-əl-fünun texniki məktəbin nəzdində fəaliyyət göstərirdi. Teatrın banisi Mirzə Əli Əkbər xan Nəqqaşbaşı idi. Bu şəxs İranda müasir peşəkar teatrın banisi sayılır.

19-cu əsrin sonlarında İran teatrında Azərbaycanın məşhur dramaturqu Mirzə Fətəli Axundovun əsərləri oynanılırdı. Onun əsərləri 1973-cü ildə fars dilinə tərcümə edilərək çap edilmişdi. Bu pyeslər Təbriz və Tehranda ilk dəfə olaraq 1906-cı ildə auditoriya qarşısına çıxarıldı.

Yenə də qeyd etmək lazımdır ki, Avropa mədəniyyətinin vurğunu olan Nəsrəddin şah 1890-cı ildə yuxarıda adı qeyd edilən dövlət teatrının yaradılmasını əmr edib. Təbii ki, o dövrdə qadın rollarını oynamaq üçün kişi aktyorlardan istifadə edilirdi. Şərqdə qadınların səhnəyə çıxması qadağan edildiyi üçün bütün qadın rollarını kişilər ifa edirdi. İndi isə gəldik məsələnin pik nöqtəsinə, təbii ki yazının bu hissəsində bir çox oxucu artıq söhbətin nədən getdiyini anladı. Bəli, uzun müddətdir ki, sizlərə Qacar şahının hərəmxanası kimi təqdim edilən fotolar, sadəcə və sadəcə İran teatrının qadın rolunu ifa edən kişi aktyorların fotolarıdır.

Bir daha qeyd edim ki, o dövrdə Şərqdə heç bir halda qadınlar səhnəyə çıxmırdı. Diqqətli oxucular ən azından Bakıda və Azərbaycanda fəaliyyət göstərən teatrları yadlarına sala bilərlər. Çünki uzun müddət Azərbaycanda da qadın rolları kişi aktyorlar tərəfindən ifa edilib.

İranda isə ilk dəfə qadınlar 1917-ci ildə səhnəyə çıxıb.

Nəsrəddin Şah və xanımları

Solda-aktyorlar, sağda əsl İran xanımları

www.yenicag.az

2972
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv