İranın qərbində yerləşən Kürdüstan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusu terrorçuların hücumuna məruz qalıb.
Yenicag.az xəbər verir ki, bu barədə SEPAH-ın açıqlamasında deyilir. Hücum nəticəsində ən azı 10 hərbçi həlak olub, 8-i yaralanıb.
Qərargahının yaydığı açıqlamada bildirilir ki, inqilaba zidd və terrorçu qüvvələr postun silah-sursat anbarında partlayış törədiblər.
Qeyd olunur ki, SEPAH hücumçuların bir neçəsini zərərsizləşdirməyə nail olub. Sağ qalan terrorçular qaçaraq başqa ölkənin ərazisinə keçib.
Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.