İranın Sistan və Bəlucistan vilayətinin Çabahar liman şəhərində terror aktı nəticəsində 4 nəfər ölüb, 42 nəfər də xəsarət alıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, zərərçəkənlərdən 10 nəfər təhlükəsizlik qüvvələrinin əməkdaşıdır.
Yaralıların əksəriyyətinin xəstəxanalardan evə buraxıldığı bildirilib.
Qeyd edək ki, terror aktı bu gün Çabahar şəhərində törədilib.