İranın Çabahar şəhərində terror hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, hadisə hüquq-mühafizə orqanları idarəsinin qarşısında baş verib.
Çabahar rayonunun qubernatoru Rəhmdel Bamri deyib ki, polisin müdaxiləsi ilə avtomobili idarənin həyətinə sala bilməyən kamikadze avtomobili partladıb.
Terror aktı nəticəsində azı 3 nəfər ölüb, 19 nəfər yaralanıb. Yaralılar arasında qadın və uşaqlar da var.
Polis idarəsinin yaxınlığında baş verən partlayışda ölənlərdən biri polis rəisidir.