Bu gün səhər saatlarında İranın cənub-şərqində, Sistan və Bəluçistan vilayətinin Nikşehr rayonunda Bəsic Qüvvələrinin bazasına terror hücumu olub.
Yenicag.az xəbər verir ki, əsgəri qətlə yetirən terrorçular 5 nəfəri də yaralayıblar.
Müvafiq qurumların nümayəndələri hadisə yerinə gələrək araşdırmaya başlayıblar. Bölgənin yolları nəzarətə götürülüb.
Aktı törədən şəxslərin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.
Bazaya hücuma görə məsuliyyəti “Ceyş-ül-Zülm” terror qruplaşması öz üzərinə götürüb.