Türkiyəli iş adamına məxsus təyyarə qəzaya uğradı – Qızı və 7 rəfiqəsi öldü

İranda Türkiyəyə məxsus özəl təyyarə qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, qəzaya uğrayan təyyarə “Başaran Holdinq”in rəhbəri Hüseyn Başarana məxsusdur.

BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub.

Məlum olub ki, təyyarədə ölənlərdən biri iş adamının qızı Mine Başaran və onun 7 rəfiqəsidir. Onlar toy öncəsi subaylığa vida gecəsindən qayıdırlarmış.

 

Qəza nəticəsində sağ qalan olmayıb.

COP29