İranda turistləri daşıyan avtomobil aşdı – Ölən və yaralananlar var

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Nişapur rayonunun Xərv şəhərində turistləri aparan “pikap” avtomobili aşıb.

Yenicag.az-ın məlumatına görə, bunu İranın Rəzəvi Xorasanı vilayətinin Nişapur rayonunun Fövqəladə hallar və təcili yardım mərkəzinin direktoru Qasım Müşar Müvəhhid deyib.

Q.Müvəhhidin sözlərinə görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 24 nəfər yaralanıb.

Müvəhhid əlavə edib ki, hadisə yerinə 5 ədəd təcili yardım maşını ezam olunub.

Qeyd edək ki, Nişapur rayonunun 450 min nəfər əhalisi var./Trend/