İranda uyğur türkü həbs edilərək Çinə qaytarılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Radio Asia Azad məlumat yayıb.
Bildirilir ki, Tehran hava limanına enən türk soydaşımıza görə Çin irana 20 gün vaxt verib.
İran uyğur türkünün 20 gün ərzində Çinə göndərilməsi tələbini yerinə yetirib.
Radio Asia Azad yazır ki, Abulhəşim Dursun adlı uyğur iş adamını Çinə təhvil verildikdən sonra Birləşmiş Ərəb Əmirliklərinə səfərinin “cinayətinə görə” 15 il həbs cəzası gözləyir.
Radio Asia Azad-ın məlumatına görə, Abulhaşim Dursun ədviyyat alqı-satqısı sahəsində biznesini İranda genişləndirmək qərarına gəlib və bu məqsədlə 2018-ci ilin əvvəlində İrana səfər edib.
Çin hökuməti Doğu Türküstanda etnik təmizləmə siyasətlərinə uyğun olaraq müxtəlif bəhanələrlə uyğur türklərini həbs edir və məcburi əmək düşərgələrinə sürgün edir.
Xuraman Etibarlı