!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda xəbər portalının rəhbərinə edam hökmü oxundu

!Reklam – Yazi

İranda xəbər portalının rəhbərinə edam hökmü oxunub.

Yenicag.az xəbər verir ki, bunu İslam Respublikası Ali Məhkəməsinin sözçüsü Qulamhüseyn İsmaili bildirib.

Bildirilib ki, “Amad nyuz” xəbər portalının rəhbəri Ruhullah Zəm 2009-cu ilin prezident seçkilərindən sonra tanınmış müxalifətçiyə çevrilib. O, 2017-ci ilin dekabrından 2018-ci ilin yanvar ayınadək İranda keçirilən etiraz aksiyalarını rəhbərlik etdiyi xəbər portalında fəal şəkildə işıqlandırıb. ABŞ və İsrailin kəşfiyyat xidmətlərindən də maliyyə dəstəyi alıb.

R. Zəm xarici kəşfiyyatdan yardım aldığı üçün 2019-cu il oktyabr ayının ortalarında İran İnqilab Keşikçiləri Qvardiyası tərəfindən həbs olunub. O, inqilab əleyhinə fəaliyyət göstərməkdə ittiham olunub.

Qeyd edək ki, onun harada və hansı şəraitdə həbs olunması barədə məlumat verilməyib.

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv