!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda XƏZƏR PANİKASI: "Azərbaycan Laçın dəhlizində oturmalıdır" - İlham İsmayıl

!Reklam – Yazi

“İran yaxşı bilir ki, Azərbaycan qeyri-qanuni iş görmür. Xəzərdə Türkiyə donanması yox, mütəxəssisləri Azərbaycan ordusunun təlimlərində iştirak edib. Bu isə heç bir qanunu pozmur”.

Bunu İranın Xarici işlər nazirinin Xəzərdə Türkiyə ilə Azərbaycan ordusunun birgə təlimlərini qeyri-qanuni adlandırmasına münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

İlham İsmayıl bildirib ki, İranın bu reaksiyası TIR-ların yoxlanılmasına cavabdır:

“Xəzərdə bir neçə gün əvvəl Rusiya, Azərbaycan, İran hərbi təlimlər keçirmişdi. Aktau sazişinə əsasən hər bir dövlət öz sahil sularında hərbi təlim keçirə bilər. Türkiyənin Azərbaycanda gəmiləri yoxdur. Türkiyənin mütəxəsislərinin iştirakı var. Buna isə heç kim qadağa qoya bilməz. Türkiyə bura gəmi, sualtı qayıq gətirsəydi, buna etiraz edə bilərdilər. Azərbaycanın hərbi təlimlərinə Türkiyənin məsləhət verməsi müqavilədə qadağan olunmayıb. Yeri gəlmişkən, Azərbaycanın Xəzərin mühafizə xidmətində ABŞ-dan alınmış katerlər var. Əvvəlcə buna Rusiya etiraz etdi. Ancaq sonra məsələ yoluna qoyuldu. Azərbaycan gəmi alıb, istifadə edir. Buna heç bir ölkə qarışa bilməz. İran bunların hamısını çox yaxşı bilir.

İran iradlarını son vaxtlar baş vermiş proseslərlə bağlı edir. Azərbaycan TIR-ların Qarabağa keçməsinə görə İrana nota vermişdi. Bundan əlavə isə Gorus-Qafan yolunda Azərbaycan İran TIR-larını yoxlayır. İran Xarici İşlər Nazirliyinin son iradı Azərbaycanın bu addımlarına cavab kimidir.

Onu da əlavə edim ki, Azərbaycan polisinin Gorus-Qafan yolunda İran TIR-larını yoxlaması məsələnin həlli deyil. Azərbaycan Rusiya sülhməramlıları ilə birgə Laçın dəhlizində oturmalıdır və yoxlamanı orada aparmalıdır. Çünki İran TIR-ları yolu keçəndən sonra Qarabağa rahatlıqla daxil ola bilər. Azərbaycan Laçın dəhlizində oturmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

1253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv