İki gün ərzində İran təhlükəsizlik qüvvələri tərəfindən ölkənin şərq rayonlarında 40 terrorçu həbs edib.
AzVision.az “Ria.ru” ya istinadən xəbər verir ki, bunu İranın daxili işlər naziri Əbdülrza Rəhmani-Fazli deyib. Onun sözlərinə görə, terrorçular dərinliyi 20, uzunluğu 40 metr olan tuneldə gizlənirmiş.
Nazir xüsusi əməliyyatın təfərrüatlarını və terrorçuların hansı qruplaşmanın üzvü olduqlarını açıqlamayıb.
AzVision.az