İranda yenidən zəlzələ oldu

İranda 4,9 maqnitudada növbəti zəlzələ qeydə alınıb, yeraltı təkanlar Naxçıvanda hiss olunub.

Bu barədə Yenicag.a,-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 18:41-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-də 4-3 bala qədər hiss olunub.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.