İranın İraqla sərhədi yaxınlığında 5 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Sərpol Zəhab şəhərindən 8 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələ ocağının yerin 40 kilometr dərinliyində yerləşdiyi bildirilir.
Yerli mətbuatın yaydığı xəbərə görə, zəlzələ zamanı 17 nəfər şəhərdə, daha 4 nəfər isə kənd ərazidə xəsarət alıb.