İranda zəlzələ baş verib – Ölən və yaralanan var 

İranın Tehran əyalətində baş verən zəlzələ nəticəsində azı 1 nəfər həlak olub, daha 11 nəfər xəsarət alıb.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Təcili Yardım Təşkilatının başçısı Pirhüseyn Kulivand bildirib.

“Öz evlərindən qaçarkən 11 insan xəsarət alıb. Həmçinin 60 yaşlı bir həmvətən həlak oldu”, – o, “Mehr” agentliyinə bildirib.

Daha əvvəl zəlzələ zamanı Demavend ərazisində altı nəfərin xəsarət aldığı, bir nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, zəlzələ Tehran və Mazandaran əyalətlərində 5,1 maqnitudada qeydə alınıb. Yeraltı təkanlar yerli vaxtla saat 00:48-də qeydə alınıb. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.

Loading...