İranda növbəti dəfə zəlzələ qeydə alınıb.
Yenicag.az xəbər verir ki, ötən gecə ölkənin şimalında baş verən zəlzələ zamanı 1 nəfər ölüb, 56 nəfər yaralanıb.
İran Seysmoloji Xidmətinin yaydığı xəbərə görə, 4.3 baş gücündə olan zəlzələ Tehrandan təxminən 40 km qərbdə, yerli vaxtla 00:54-də baş verib.