!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrandakı etiraz aksiyalarının 100 başçısı saxlanıldı

!Reklam – Yazi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkədəki etiraz hərəkatının onlarla başçısını saxlayıb.

Yenicag.az xəbər verir ki, SEPAH tərəfindən ölkənin müxtəlif yerlərində etiraz aksiyalarının təxminən 100 başçısı aşkar edilib və saxlanılıb.İranın İnformasiya Nazirliyi daha bir neçə şübhəlini aşkar edib və onlar tezliklə həbs ediləcəklər.

Noyabrın 15-də İranda benzinin qiymətləri 2 dəfə artırılıb. Bundan sonra ölkədə etiraz aksiyaları keçirilib, polislə toqquşmalar baş verib. Nümayişçilər azı 100 bank və yanacadoldurma məntəqəsinin ofislərini yandırıblar

Qarışıqlıqlar 100 yaşayış məntəqəsində qeydə alınıb. Hakimiyyətin məlumatına görə, aksiyalara ümumilikdə 12 etirazçı həlak olub.

Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkədəki qeyri-sabitliyin davam edəcəyi təqdirdə, qətiyyətli addımlar atacağını söz verib./Report/

www.yenicag.az

4638
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv