İrandakı seçkilər: Real və şanslı namizədlər – FOTO

İranda növbədənkənar prezident seçkilərində namizədlər – 70 yaşlı Məsud Pezeşkian və 59 yaşlı Səid Cəlilinin təbliğat kompaniyasından sonra sosial şəbəkələrdə keçirilən sorğu əsasında əyalət üzrə populyarlıqları açıqlanıb. 

Yenicag.az xəbər verir ki, İranda növbədənkənar prezident seçkilərində yeganə türk namizəd Məsud Pezeşkiandır.

Qeyd edək ki, mayın 19-da İran ərazisində helikopterin qəzaya uğraması nəticəsində Prezident İbrahim Rəisi və onu müşayiət edən şəxslər həlak olublar. İslam Respublikası Konstitusiyasının 131-ci və 132-ci maddələrinə uyğun olaraq, belə hallarda prezident seçkisi 50 gün ərzində keçirilməlidir. Seçkilər iyunun 28-də baş tutacaq.

Məsimə Məmmədova

COP29