İrandakı səfirliyimiz fəaliyyətini tamamilə dayandırdı

“İrandakı səfirliyimizin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Orada 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının və qorunması ilə bağlı müəyyən əməkdaşlar səfirlikdə qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər”, – nazir müavini vurğulayıb.