İrandakı təyyarə qəzası ilə bağlı ARAŞDIRMA – İlkin nəticələr açıqlandı

İranda qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsi yerə çarpılmadan öncə alovlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının sədri Əli Abidzadə deyib.

O bildirib ki, təyyarənin yerdəki istiqamətindən bəlli olur ki, problem yarandıqdan sonra sağ istiqamətində dönüb və qəza da dönüş zamanı baş verib: “8 min fut yüksəkliyə qalxdıqdan sonra onun məlumatları radardan itib, təyyarə havada alovlanıb, yüksəkliyi itirərək yerə çırpılıb. Təyyarənin yandığı görünüb və füzelyajı boyunca yayılıb. Nasazlıq yarandıqdan sonra yenidən hava limanına tərəf dönüb. Pilotlar qeyri-normal vəziyyətlə əlaqədar heç bir məlumat verməyib.

“Təyyarədə olan 167 sərnişin və 9 nəfər ekipaj heyəti həlak olub. Təyyarədə 146 İran vətəndaşı, 10 Əfqanıstan vətəndaşı, 5 Kanada vətəndaşı, 4 İsveç vətəndaşı, 11 Ukrayna vətəndaşı olub”, – Əli Abidzadə deyib.

Xatırladaq ki, ötən gün İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb və qəzada təyyarədəki sərnişinlərin hamısı həlak olub.

COP29