İrandakı zəlzələdə 30-a yaxın şəxs yaralandı

İranın Şimali Xorasan ostanında zəlzələ nəticəsində 28 nəfər yaralanıb.

Yenicag.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə Şimali Xorasanın Fövqəladə Vəziyyət Xidmətinin rəhbəri bildirib.

Onun sözlərinə görə, zərərçəkmişlərdən 12-si xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, daha əvvəl sözügedən bölgədə 5,2 maqnitudalı zəlzələ qeydə alınmışdı./Report/

COP29