Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

İrandan ABŞ-ın sanksiyalarına cavab: raket proqramına xərcləri artırdı

Bu gün İran parlamenti qəbul etdiyi qanunla ABŞ-ın qoyduğu sanksiyalara cavab verib.

Yenicag.Az xəbər verir ki, İran parlamenti yerli raket proqramının hazırlanmasına 520 milyon dolların ayrılması haqqında qanun layihəsini qəbul edib.

Qanun səs çoxluğu ilə qəbul edilib. 247 deputatdan 240-ı qanun layihəsinə səs verib. Deputatlar ABŞ-a qarşı şüarlar da səsləndiriblər.

İran parlamentinin spikeri Əli Laricani bildirib ki, amerikalılar bunun ilk addım olduğunu bilməlidirlər və qəbul olunmuş qanun layihəsi regionda terror təşkilatklarına və ABŞ-ın “avantürist” hərəkətlərinə və sanksiyalarına qarşı istiqamətlənib.

Xatırladaq ki, avqustun əvvəlində ABŞ Konqresi İranın raket proqramına sanksiya qoyulması haqda qanun qəbul edib. ABŞ Prezident Donald Tramp qanunu imzalayıb.

Yenicag.Az

www.yenicag.az

305
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM