İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın 2015-ci il nüvə sazişi haqqında yenidən danışıqların aparılmasını istisna edib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Romada beynəlxalq konfransda iştirak edən nazir bildirib.
ABŞ-ın tələbinə baxmayaraq İranın bu haqda yenidən danışıqların aparılmasına dair niyyətinin olmadığını deyib.
Zərif qeyd edib ki, İran xalqı ABŞ sanksiyalarına dözəcək əzmdədir.