Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

İrandan Azərbaycana külli miqdarda narkotik keçirənlər tutuldu - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alıb.

DSX-nin Mətbuat Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, aprelin 11-i saat 01:25-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xid­məti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxın­lı­ğındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhə­din­dən qaçaq yolla İran İslam Respublikasından Azərbaycana narkotik vasitələri keçirmək istəyən və əraziyə “Mersedes-Benz” mar­kalı avtomobillə gələn 3 nəfər Azərbaycan və­tən­daşı 1978-ci il təvəllüdlü Şirinov Ramil İmamverdi oğlu, 1970-ci il təvəllüdlü Eyvazov İntiqam Eldar oğlu və 1974-cü il təvəllüdlü Abdullayev Qurban Cəmil oğlu şübhəli şəxs qismində saxlanıl­ıblar.

Saxlanılan şəxslərə və nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çə­kisi 6 kq 330 qr olan qurudulmuş marixuana və 55 ədəd toxum narkotik vasitə aşkar olunaraq götürülüb.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxslər barəsində cinayət işi başlanıl­ıb.

www.yenicag.az

2883
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM