İrandan Azərbaycana narkotik keçirmək istədilər – FOTO

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, iyul ayının 10-da saat 03:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 36 kiloqram 790 qram narkotik vasitə ( marixuana 34 kq 690 qram; tiryək 2 kq 100 qram) və 1200 ədəd Metadon M – 40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • İrandan Azərbaycana narkotik keçirmək istədilər
COP29
Рейтинг@Mail.ru Яндекс.Метрика