İrandan Azərbaycana tonlarla zərərli məhsul gətirmək istədilər

İrandan Azərbaycana gətirilən bibər məhsulunda karantin tətbiq edilən orqanizm aşkarlanıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində İrandan hüquqi şəxs “Aqro Laym” MMC tərəfindən idxal olunan 25 452 kq və “Albalı A Fruit” MMC tərəfindən idxal olunan 8 472 kq bibər məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən orqanizm (“Tomato brown rugose fruit virus” – pomidor meyvələrinin qonur qırışıqlıq virusu) aşkar olunub.

Agentlik tərəfindən istifadəyə yararsız bibər məhsulu partiyalarının məhv edilməsi barədə qərar qəbul edilib.