Tehran terrorçu PKK-nın İran qolu olan PJAK-ın hücumuna görə Türkiyəni ittiham edib.
Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, PJAK sərhəd bölgəsində həyata keçirtdiyi hücum nəticəsində İran təhlükəsizlik qüvvələri əsgərlərindən 2-si həlak olub, 7-si yaralanıb.
İran Təhlükəsizlik Qüvvələri Sərhəd Mühafizə Korpusunun komandanı general Qasım Rızayi PJAK-ın bu hücumunun cavabsız qalmayacağını bəyan edib. Bununla belə, iranlı general PJAK-ın hücumuna görə Türkiyənin məsuliyyət daşıdığını deyib:
“Bu təxribatın cavabı veriləcək. Hadisə ilə bağlı Türkiyənin məsuliyyət daşıdığını düşünürük. Məsələni diplomatik kanallarla araşdırırıq və konkret addımlar atırıq”.
Yenicag.Az