!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrandan gündəmi zəbt edəcək iddia

!Reklam – Yazi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat katibi general Əbülfəzl Şəkarçi ABŞ-la bağlı şok iddia irəli sürüb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Şəkarçi ABŞ-a aid “Ray Cape” adlı gəminin yenidən bölgədə yerləşdirildiyi deyib və gəmidə kimyəvi silahların olduğunu iddia edib. ABŞ-ın yeni təhlükəli ssenarilərə hazırlaşdığını bildirən general bu ölkənin regiondakı tərəfdarlarını da sərt tənqid edib:

“ABŞ-a aid kimyəvi silah daşıyan həmin gəminin ifşa olunması Suriyada baş verən kimyəvi hücumlarda bu ölkənin rolu olduğunu sübut edir”.

Qeyd edək ki, Suriyada dəfələrlə dinc əhaliyə qarşı kimyəvi silah tətbiq olunub. İranın bu iddiası isə hədəf oxlarını Əsədin üstündən ABŞ-a çevirib.

www.yenicag.az

2864
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv