İrandan milli valyuta ilə bağlı QƏRAR – 4 sıfır atılır

Bu gün İranın Nazirlər Kabinetinin iclasında ölkənin milli valyutasından 4 sıfırın atılması ilə bağlı qərar təsdiqlənib.

Yenicag.az xəbər verir ki, yeni qərara əsasən İran rialından 4 sıfır atılacaq, hazırki 10 min rial 1 tümən olacaq, 1 tümən də yeni tədavülə buraxılacaq 100 riallıq əskinaslara uyğun olacaq.

Qeyd edək ki, İranın Mərkəzi Bankının baş direktoru Əbdülnasir Himməti bunun bağlı layihənin Nazirlər Kabinetinə təqdim edildiyini bildirmişdi.