İrandan müsəlmanları əsəbləşdirən addım – “Kəlimeyi-Şəhadət” təhqir edildi

İran İslam İnqilabının 38-ci il dönümü ilə bağlı keçirilən bayram şənlikləri bəzi çirkin səhnələri ilə yadda qaldı. 

Yeniçağ.Az xəbər verir ki, bu şənliklərdə ənənəvi olaraq, İsrail və ABŞ bayraqlarını yandıran, liderlərinin şəkillərini ayaqlar altına alan fars şovinistləri bu dəfə Türkiyə və Səudiyyə Ərəbistanını da hədəf seçdilər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə kralının şəkillərini də təhqir edən iranlılar başqa bir skandala da imza atdılar. Belə ki, Qatar, İsrail, İngiltərə və ABŞ-la yanaşı Səudiyyə Ərəbistanının da bayrağının şəklini tapdaladılar.

Bilindiyi kimi, bu ölkənin bayrağında Kəlmeyi-Şəhadət yazılıb və müsəlmanlar üçün İslamın iki ehkamını ifadə edən bu sözlər müqəddəs sayılır. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edən sözlərin bu şəkildə təhqir olunması müsəlmanların ciddi və haqlı narazılığına səbəb oldu.

Yeniçağ.Az

COP29