İrandan narkotik gətirən şəxs tutulub

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

DGK-dan verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibbi müayinə nəticəsində sözügedən vətəndaşın daxili orqanında (düz bağırsağında) beş ədəd bükümdə olmaqla, narkotik vasitələr – 68 ədəd həb şəklində, təsiredici maddəsi 2,72 qram təşkil edən metadon və xalis çəkisi 10,352 qram təşkil edən tiryək aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Yenicag.az