!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrandan narkotik gətirənlər tutuldu - Foto

!Reklam – Yazi

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitə­lərin qaçaqmal yolu ilə ölkə ərazisinə gətiril­məsinin qarşısı alınıb.DSX-nin mətbuat mərkəzindən Yenicag.az-a verilən məlumata görə, noyabrın 24-də Astara rayonunun Oruc­məhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respub­likasından Azərbaycan istiqamətində dövlət sərhə­dinin pozulmasına cəhd edilib. Sərhədçilərin sayıqlığı nəticəsində dövlət sərhədinin pozul­masının qarşısı alınıb, hadisə ye­rindən qaçmağa cəhd edən 2 nəfər sərhəd pozucusu yaxalan­ıb.

İran İslam Respublikasının vətəndaşları olan sərhəd pozucula­rının – 1972-ci il təvəllüdlü Sasanian Vəhdət Qasım oğlunun və 1973-cü il təvəllüdlü Qəvipur Xotpesara Fərəc oğlunun üzərindən 2 kq 355 qram heroin, 3 kq 10 qram tiryək, 355 qram “Metamfetamin” və 993 ədəd psixotrop dərman preparatı olan “Metadon” həbi aşkar olun­ub.

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

2035
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv