Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İrandan QƏRAR - Çinlə birtərəfli viza rejimini ləğv etdi

İranın Nazirlər Kabineti Çinlə viza rejiminin birtərəfli ləğvi ilə bağlı qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, qərara əsasən, Çin vətəndaşları 21 gün müddətinə İranda qala bilər.

Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının yeni sədri Əli Əsgər Munisan bildirib ki, bu qərar ilə yaxın 4-5 il ərzində Çindən İrana 1 milyon turistin gələcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, son statistik məlumata görə, 2018-ci ildə Çindən İrana 52 min nəfər , İrandan tranzit olaraq digər ölkələrə səfər edən çinlilərin sayı isə 170 min nəfər təşkil edib.

www.yenicag.az

2104