İrandan Qətərə jest: “Bu, Yaxın Şərq böhranının həllinə kömək etməyəcək”

“Ərəb ölkələrinin Qətərlə diplomatik münasibətləri pozmaq qərarı Yaxın Şərqdə böhrandan çıxmağa kömək etməyəcək”.

Yenicag.az Reuters-ə istinadən xəbər verir ki, bunu İran prezident adminstrasiyası başçısının müavini Həmid Abutalebi bildirib.

“Diplomatik münasibətlərin pozulması və sərhədlərin bağlanması böhranın həlli üsulu deyil. Əvvəl də dediyim kimi, təcavüz və işğal sadəcə qeyri-stabilliyə gətirib çıxara bilər”, – deyə Abutalebi vurğulayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ bazar ertəsi Qətərlə diplomatik və konsul münasibətlərinin pozulduğunu elan ediblər. Rəsmi Doha terror təşkilatlarına dəstək verməkdə və bu ərəb ölkələrində daxili sabitliyi pozmağa istiqamətlənmiş fəaliyyətdə ittiham olunub. Bir müddət sonra sözügedən ölkələrə Yəmən və Liviya qoşulub.

Yenicag.az

COP29