İrandan Rusiyaya ballistik raketlər verməsi ilə bağlı AÇIQLAMA

İran Ukraynadakı müharibə üçün Rusiyaya ballistik raketlər verməsi ilə bağlı ittihamları rədd edib.

Yenicag.az xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi açıqlayıb.

“Ballistik raketlərin satışına heç bir hüquqi məhdudiyyət olmasa da, İran müharibəni dərinləşdirməmək üçün Rusiya-Ukrayna münaqişəsi zamanı mənəvi cəhətdən silah sövdələşmələrindən çəkinməyə borcludur. Bu, İranın beynəlxalq qanunlara və BMT Nizamnaməsinə sadiqliyinə əsaslanır”, – missiyanın mesajında ​​deyilir.