İran Səudiyyə Ərəbistanına qarşı sanksiyalar tətbiq etməyə başlayıb.
Bu gündən etibarən İran Səudiyyə Ərəbistanında istehsal edilən istənilən məhsulun ölkəyə gətirilməsini və satışını qadağan edib.
Bundan başqa, rəsmi Tehran ərəb dövlətini İranın Yəməndəki səfirliyini bombalamaqda ittiham edib.
“Forbes” jurnalı isə İranın Səudiyyə Ərəbistanın ərazisində yerləşən Məkkə və Mədinə şəhərlərinə hər il Həcc ziyarəti zamanı zəvvar göndərməkdən imtina edə biləcəyini yazıb.
Jurnalın məlumatına görə hər il 100 min iranlı Böyük Həcc, 500 min iranlı isə Kiçik Həcc (ümrə) ziyarətində olur. Hər il Həccə gələn zəvvarların 5%-i iranlılar təkşil edir.
“Forbes”in məlumatına görə İranın bu dini ayindən imtina etməsi Səudiyyə Ərəbistanını büdcəsinə ağır zərbə vura bilər. Krallıq hər il Həcc ziyarətindən 18,6 milyard dollar gəlir qazanır.(modern)