İrandan terrora reaksiya

img1723034“Biz dünyada terrorizmin istənilən formasını pisləyirik”

Yenicag müsavat-a istinadən bildirir ki, bu açıqlama ilə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mərziyyə Əfxəm çıxış edib.

O, İranın “Charlie Hebdo” jurnalının bugünkü sayında Məhəmməd peyğəmbəri təhqir edən karikaturanı pislədiyini bildirib:

“Biz fransız mətbuatının bu tip provikasyon addımını pisləyirik və bildiririk ki, bu müsəlmanların heysiyyətinə toxunur. Qərbdə hazırda öz fikirlərini ifadə etməkdən ötrü haqlardan sui-istifadə edilir. Bu yolveriməzdir”.

Qeyd edək ki, “Charlie Hebdo” jurnalının terrordan sonra tirajı 60000-dən 1000000-a qədər qalxıb. Hazırda “eBay”dakı auksionda Məhəmməd peyğəmbərin yeni karikaturası ilə olan jurnalın nömrəsi 640 avroya satılır.

COP29