İrandan Türkiyəyə keçməyə cəhd edən şəxslər saxlanıldı

Türkiyədən Yunanıstana, İrandan isə Türkiyəyə qanunsuz yollar ilə keçməyə cəhd edən 8 nəfər saxlanılıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, saxlanılanlardan ikisinin FETÖ, ikisinin isə PKK/KCK/PYD terror təşkilatı üzvü olduğu müəyyən edilib.