İrandan Türkiyəyə uçan təyyarə təcili eniş etdi

İrandan gələn “Türk Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsi koronavirusla əlaqədar təcili eniş edib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, İrandan gələn 17 nəfərin temperaturu normadan yüksək olub və onlar şübhəli olaraq müəyyənləşdirilib. Koronavirus şübhəsi olan şəxslər Ankarada Zekai Tahir Burak Xəstəxanasında karantinə alınacaqlar.

Qeyd edək ki, təyyarədə 132 nəfər olub.

COP29