!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranı çökdürəcək sanksiyaların hədəfi 700 şəxs, təşkilat və şirkət – Siyahıda nələr var?

!Reklam – Yazi

ABŞ Xəzinə Nazirliyi İrana qarşı sanksiyaların ikinci mərhələsi çərçivəsində embarqo qoyulacaq 700-dən çox şəxs, təşkilat, təyyarə və gəminin adını açıqlayıb.

Yenicag.az xəbər verir ki, sözügedən siyahı Xəzinə Nazirliyinin saytında yayımlanıb.

Yayımlanan siyahıda 300-dən çox İran vətəndaşı, enerji və nəqliyyat sektorlarında fəaliyyət göstərən 100-dən çox təşkilat və 200-dən çox gəmi, 50-si bank olmaqla 70 maliyyə təşkilatı, İran hava yolları və 67 təyyarə yer alıb.

Sanksiya tətbiq olunacaq banklar arasında İran İxracat İnkişaf Bankı, Bank Melli, Arian Bank, Future Bank, Ghavamin Bank, Bank Sepah, Mədən və Sənaye Bankı, Post Bank, Bank Tejarat, Ayendah Bank və s. yer alıb.

İran Milli Neft Şirkəti də sanksiyalardan yan keçməyib. Şirkətin qeyri-İran filialları da sanksiyaya məruz qalacaq.

İran İslam Respublikası Gəmiçilik Şirkəti (IRISL), İran Milli Tanker Şirkəti (NITC) və onun nəzarətindəki 211 gəmi, eləcə də 65 xüsusi və hüquqi şəxsə də embarqo tətbiq edildiyi bildirilib.

ABŞ rəhbərliyinin sanksiya siyahısına əlavə etdiyi bütün şəxs, təşkilat, gəmi və təyyarələrin siyahısına BURADAN ətraflı baxa bilərsiniz.

Həşim Səhrablı

www.yenicag.az

5291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv