“İranı qarşıda maraqlı günlər gözləyir” – Tramp

ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə İranı maraqlı günlərin gözlədiyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, ABŞ liderinin sözləri xarici KİV-də yayılıb.

Tramp qeyd edib ki, onun məşğul olacağı növbəti ən mühüm beynəlxalq məsələ İranın nüvə proqramı olacaq: “İranı qarşıda maraqlı günlər gözləyir”.

O, konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Prezident vurğulayıb ki, Tehranın nüvə silahına malik olmasına icazə verilməməlidir.