İranı Suriyadan necə çıxartmalı? – İsrail Trampın yeni Orta Şərq strategiyasının gizlinlərini açıqlayır

Tramp administrasiyasının Suriya üzrə hazırlanan yeni strategiyasında Suriyada İranın nüfuzunun tamamilə aradan qaldırmağı hədəflədiyi bildirilir.

“NBC News”un verdiyi xəbərə görə, Tramp administrasiyası Suriyada baş verən müharibədə yeni strategiya hazırlayır. Bu strategiyaya əsasən, İran hərbi qüvvələri və İranın Suriyada dəstək verdiyi digər silahlı birləşmələr Suriyadan çıxmalı olacaqlar.

Yeni strategiya Birləşmiş Ştatlar hərbi qüvvələrinin birbaşa Suriyada İran əsgərlərini və yaxud İranın Suriyada dəstək verdiyi silahlı birləşmələri hədəf götürərək onları məhv etməyi nəzərdə tutmur. Halbuki, Birləşmiş Ştatlar Suriyada ona verilən indiki səlahiyyət hüququnu pozaraq hərbi güc tətbiq edəcəkdi. Birləşmiş Ştatlar hərbi qüvvələri Suriyada yerləşməklə özünü-müdafiə hüququ var. Və bu hüquqa görə, Amerika hərbi qüvvələri İrandan təhdid hiss etdikdə İran hərbi qüvvələrini vura bilər.

“NBC News”a görə, bu plan İranı maliyyə sarıdan sıxaraq, siyasi və diplomatik yollarla onu Suriyadan çıxartmağa hesablanıb. Həmin planla tanış olan üç nəfərin verdiyi məlumata görə, bu, Suriyanın İran və Rusiya hərbi qüvvələrinin mövcud olduğu ərazilərində dağıdılan obyektlərin bərpa işləri üzrə yardımdan imtinanı nəzərdə tutur. Birləşmiş Ştatlar Suriyada dağıdılan ərazilərdə bərpa işləri aparacaq, Rusiya və İran şirkətlərinə də sanksiya tətbiq edəcək.

İran rejiminə qarşı güclü müxalif mövqe tutan Demokratiyanın Müdafiəsi Fondunun icraçı direktoru Mark Dubouvitzin bildirib ki, “Birləşmiş Ştatlar və onun müttəfiqləri İranı Suriyada apardığı davamlı işğalına görə cəzalandırmaq üçün real imkan əldə edəcəklər”.
Suriyadan İranın çıxarılması Suriya İslam Dövləti döyüşçülərinin tam maliyyələşdirməsinə təsir göstərməklə, həm İranı, həm də Suriya İslam Dövlətini Suriyadan çıxardacaq. Bu proses Suriya prezidenti Bəşər əl-Əsədi postunu tərk etməyi çağırmır.

Birləşmiş Ştatlar hərbi rəsmiləri narahatdırlar ki, İran və onun dəstəklədiyi hərbi qruplaşmaların Suriyada mövcudluğu Birləşmiş Ştatların hərbi qüvvələrilə obu qruplaşmalar arasında münaqişəyə apara bilər.

Beynəlxalq hüquq üzrə mütəxəssislərin bildirdiyinə görə, 2001-ci ildə Birləşmiş Ştatlar Konqresində qəbul edilən “Hərbi Gücün Tətbiq edilməsinə dair Səlahiyyət” qətnaməsinə əsasən, Birləşmiş Ştatlar Suriyadakı İran mövqelərini birbaşa hədəfə almaq üçün Suriyadakı Amerika hərbi missiyasını genişləndirmək səlahiyyətinə malik deyil. Suriyada İslam Şam Dövlətinə qarşı hərbi gücü tətbiq etməyə icazə versə də, bu səlahiyyət Birləşmiş Ştatların 11 sentyabr 2001-ci ildə Amerikada baş verən böyük terrora görə məsuliyyət daşıyan qrup və onların silahdaşlarını hədəf götürməyi məhdudlaşdırır.

Amerika Müdafiə Nazirliyi rəsmisi bildirib ki, yeni plana görə, Birləşmiş Ştatların hərbisi Suriyada Suriya İslam Dövlətinə qarşı mübarizə aparmaq missiyası barədə danışıqlar aparmağı davam etdirəcək. Burada əsas məqam odur ki, İrana qarşı döyüş aparmaq ehtimalı azalır. Eyni zamanda Ağ Ev və Dövlət Departamenti İranı iqtisadi və diplomatik vasitələrlə sıxmaqla özləri İranı hədəfdə saxlayacaqlar.

Tramp administrasiyası rəsmisi deyib ki, keçən ildən indiyədək Amerika siyasi rəhbərliyi dörd hədəfi nəzərdə tutur: Suriya İslam Dövlətini məğlub etmək, Bəşər əl-Əsədin istifadə etdiyi kimyəvi silahların qarşısını almaq, Dəməşqdə siyasi keçid yaratmaq və “İranın Suriyaya göstərdiyi təhlükəli nüfuzu (bu təsir regionu təhdid edə bilməz) aradan qaldırmaq və bu təsirin nəticəsi kimi İranın dəstəklədiyi hərbi birləşmələrin Suriyadan çıxarılmasını təmin etmək”.

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan indiyədək İran Bəşər əl-Əsəd rejimini həm maliyyə vəsaitləri ilə, həm də hərbi müşavirlərlə təmin edir.

Suriyada vətəndaş müharibəsinin başlaması ilə əlaqədar olaraq o vaxtkı İran prezidenti Mahmud Əhmədinejad şəxsən İran İslam İnqilab Keşikçiləri Qvardiyası zabitlərinin Suriyaya göndərilərək Əsəd qoşunları ilə birgə döyüşməsinə icazə verdi.

İran ali dini rəhbəri Ayətullah Əli Xamneinin baş müşaviri Əli Əkbər Vilayəti bu yaxınlarda açıq bildirib ki, İran yalnız öz “hərbi yavərlər”ini o vaxt Suriya və İraqdan çıxaracaq ki, adıçəkilən hökumətlər bunun arzusunda olsunlar.

İsrail İranın Suriyaya artan nüfuzundan narahatlığını ifadə edib. Birləşmiş Ştatlar da İrana təzyiq göstərir ki, öz döyüşçülərini Suriyadan çıxartsın.

İsrail rəsmiləri açıq şəkildə bildirir ki, İsrail İranın Suriyada hər hansı hərbi güclənməsini qəbul etməyəcək. İsrail baş naziri Benyamin Natenyahu və Rusiya prezidenti Vladimir Putin Suriyada yaranan təhlükəni müzakirə etmək üçün bir sıra görüşlər keçiriblər.

Bir Birləşmiş Ştatlar rəsmisi bu yaxınlarda bildirib ki, Tramp və Putin bu ilin iyul ayında Helsinkidə keçirilən toplantıda razılığa gəliblər ki, İran öz qoşunlarını Suriyadan çıxartmalıdır.

Bu ilin aprel ayında Tramp Birləşmiş Ştatlar qoşunlarının Suriyadan çıxarılması niyyətində olduğunu bildirib. Lakin həm Birləşmiş Ştatlar rəsmiləri, həm də beynəlxalq müttəfiqlər onu inandırıblar ki, Amerika hərbisinin Suriyanı tərk etməsi onun İrana qarşı yeritdiyi sərt siyasətə ziddir. Prezident Trampın kabineti, onun hərbi rəhbərliyi və Amerikanın Orta Şərqdəki müttəfiqləri (Amerika qoşunlarının Suriyadan çıxarılması əleyhinə olan ölkələr) onu inandırıblar ki, Birləşmiş Ştatların Suriyanı tərk etməsi boşluq yaradacaq və bu boşluq İran və Suriya İslam Dövləti tərəfindən doldurulacaq. Yeni startegiya ilə tanış olan beş nəfərin bildirdiyinə görə, bu fakt prezident Trampın diqqətini cəlb etdi.

Həmin planla yaxından tanış olan mənbənin “NBC News”a bildirdiyinə görə, yeni strategiya özündə Bəşər əl-Əsəd getməlidir mandatını ehtiva etmir. Bu plan bildirir ki, yeni hökumət İranla sıx əlaqələr qura bilməz. Və bu yeni hökumət bəşəriyyətə qarşı cinayətlər törədən fərdləri məhkəmə yolu ilə mühakimə etməyə hazır olmalıdır.

Ben Ariel
“THE ARUTZ SHEVA”

Qeyd: “ARUTZ ŞEVA” (ARUTZ SHEVA) 30 oktyabr 1988-ci ildə Beit El rayonunda (Qərb Sahilində Binyamin regionunda yerləşən İsrail məskənidir) təsis edilib. “Arutz Şeva” dini sionizmi tanıtdırmaqla həm də İngilis dilində “İsrail Milli Xəbərləri” kimi fəaliyyət göstərir. İvrit və İngilis dillərindən əlavə bu media şəbəkəsi həm də Rus dilində gündəlik olaraq özünün xəbərlərini yayır.

COP29