!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranı xaosa sürükləyəcək iddia: "Məclisin yarısı hazırkı rejimi yıxmağa çalışır"

!Reklam – Yazi

Iran parlamentinin üzvlərindən olan Cavad Kərim Kudusi, millət vəkillərinin yarısının Iranda rejimin yıxılmasını istədiklərini iddia edib.

Yenicag.az xəbər verir ki, bunu Mühavizəkar Dirəniş Cəbhəsinə yaxın olan Məşhəd şəhər millət vəkili Cavad Kudusi şəxsi “Twitter” hesabında yazıb.

“Məclisin 50 faizi hazırki rejimin yıxılması üçün çalışır. 2009-cu ildə baş verən “Fitnə” hadisələrində də məqsəd bu idi. Bu gün həmin 50 faiz üzvlər “Fitnə” hərəkatı rəhbərlərini dəstəkləyir” – deyə Cavab Kududi qeyd edib.

Qeyd edək ki, “Fitnə” hərəkatı kimi tanınan hadisələr 2009-cu ildə yaşanıb. Belə ki, 2009-cu ildə prezident seçkiləri zamanı müxalifət lideri Mir Hüseyn Musəvi Mahmud Əhmədnejatın hiylə ilə qələbə qazandığınl irəli sürüb və bundan sonra kütləvi etirazlar başlayıb. Aksiyalarda 100 çox vətəndaş həyatını itirib.

Mir Hüseyn Musəvi, onun həyt yoldaşı və keçmiş Məclis sədri bugünə qədər ev həbsində saxlanılır.

Həşim Səhrablı

www.yenicag.az

5210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv