10 gün ərzində İranın 13 vilayətində seldən zərər çəkən 113 mindən çox insana yardım edilib.
Yenicag.az-ın verdiyi məlumata görə, bunu Cəmiyyətin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.
M.Səliminin sözlərinə görə, sel və daşqınlar nəticəsində xəsarət alan 922 nəfər tibb məntəqələrinə çatdırılıb.
Təşkilatın sədr müavini Şahin Fəthi isə bildirib ki, ötən 1 sutka ərzində İranın 13 vilayəti güclü qar, çovğun və daşqınlarla üzləşib:
“Bir gündə 34 şəhər və kənddə, eləcə də dağlıq ərazilərdə 1530 nəfərə yardım edilib və 200 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib”.
İranın Lorestan vilayətində isə daşqınlar fəsadlar törətməyə başlayıb.
İranın cənub-şərqində yerləşən Şiraz şəhərində sel və daşqınlar nəticəsində 68 nəfər ölüb.
İranda yağıntıların martın 27-dək davam edəcəyi proqnozlaşdırılır.
.