İranın Ankara səfiri XİN-ə çağırıldı: Türkiyədən Tehrana sərt etiraz! – YENİLƏNDİ

İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Yenicag.az “HaberGlobal”a istinadən xəbər verir ki, Səfirin XİN-ə çağırılmasını səbəbi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakıdakı Zəfər Paradında çıxışı zamanı səsləndirdiyi “Araz” şeirinə İranın sərt reaksiya verməsidir.

Səfirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yönəlmiş əsaslandırılmamış ittihamlarla bağlı narazılıq ifadə olunub.

Türkiyənin Tehran səfirinin əsassız yerə İran XİN-ə çağırılmasının və diplomatik yollar var ikən İran XİN rəhbəri Cavad Zərifin “Twitter” vasitəsilə Türkiyəni hədəfə alınmasının qəbuledilməz olduğu səfirin diqqətinə çatdırılıb.

Türkiyənin İran tərəfinin bütün bu iddialarını da qəbul etmədiyi səfirə bildirilib.