İranın Nətənz Atom Elektrik Stansiyasında (AES) qəza baş verib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi qəzanın AES-in elektrik şəbəkəsində baş verdiyini bildirib.
Onun sözlərinə görə, qəza nəticəsində insan tələfatı və çirklənmə baş verməyib.
Hazırda qəzanın səbəblərinin araşdırıldığı qeyd edilib.