!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın Azərbaycan mediasındakı RUPORLARI: Fars-molla rejiminə kimlər və necə qulluq edirlər?

!Reklam – Yazi

Xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra İran İslam Respublikasının (İİR) ölkəmizə yönəlik siyasətində “val”ların kəskin dəyişdiyi, fars-molla rejiminin Bakı əleyhinə formalaşdırdığı siyasi xətti diplomatiya xatirinə belə pərdələməyə ehtiyac görmədiyi açıq müşahidə edilməkdədir.

Tehran rejiminin Azərbaycan əleyhinə siyasətində aqressiyanı artırması və Bakıya ünvanlanan təhdidlərdə bütün mümkün cizgiləri keçməsi baxımından, 2022-ci ili özəlliklə fərqləndirə bilərik. Müxtəlif səviyyəli İran rəsmilərinin Azərbaycana ünvanladıqları hədə-qorxuların İslam İnqilabının Keşikçiləri Korpusunun (İİKK) cənub sərhədlərimizə yaxın ərazilərdə genişmiqyaslı hərbi təlimlərlə müşayiət olunması mollaların nəzərində Bakını öz mövqeyindən çəkindirməli idi.

Lakin Azərbaycan dövləti bu təhdidlər qarşısında nəinki geri çəkildi, əksinə, Tehran rejiminə yerini göstərəcək əks-həmlələrə əl atdı. Bu çərçivədə Azərbaycan və Türkiyənin İranla sərhədlərdə birgə hərbi təlimlər keçirməsi Tehranın öz ölçülərinə yığılması üçün yetərli addım oldu.

İranla münasibətlərin maksimum dərəcədə kəskinləşməsi fonunda müşahidə olunanlar fars-molla rejiminin Azərbaycanın müxtəlif sferalarında, özəlliklə də media və sosial şəbəkələrin yerli seqmentində ciddi surətdə strukturlaşdığı faktını ortaya qoydu. Azərbaycan vətəndaşlarından formalaşdırılan bu şəbəkə Tehrandan, yaxud da Qumdan komanda verildiyi anda mətbuatda və sosial mediada öz dövlətlərinin qəniminə, fars şovinizminin zombiləşmiş fədailərinə çevrilirdilər.

Münasibətlərin kəskinləşdiyi zaman kəsimində qeyd olunan platformalarda “1 nömrəli hazırlıq vəziyyəti”nə gətirilən həmin şəbəkə İranın, onun dövlət siyasətinin əsas elementi olan fars şovinizminin müdafiəsi məqsədilə açıq fəaliyyətə keçəcək qədər cəsarətlənirlər. İstər media materiallarında, istərsə də sosial media paylaşımlarında birmənalı İranyönümlü statuslar, çıxışlar paylaşan şəbəkə mənsubları təbii olaraq Azərbaycanın maraqlarından çıxış edən istifadəçilərə qarşı təhdid püskürməkdən də çəkinmirlər.

Müşahidə və araşdırmalara əsaslanaraq qeyd oluna bilər ki, Azərbaycan mediasında “İran xətti”ni aparan əsas saytlar yaxın vaxtlara qədər Rusiyada, hazırda isə Türkiyədə fəaliyyət göstərən “İnteraz” kanalı və “SalamNews” informasiya agentliyidir. Maraqlıdır ki, adları çəkilən hər iki media orqanın real patronu qismində İran və Suriyada dini təhsil alaraq “yetişdirilən”, əslən Cəlilabad rayonundan olan Hacı Mətləb Bağırovun adı hallanır. İranda dini təhsil alan şəxslərin çoxunun o ölkənin xüsusi xidmət orqanlarının “qarmağına” keçməməsi və ölkələrinin əleyhinə fəaliyyətə cəlb olunmamaları təsəvvürə gəlmir. Hər halda, onlardan biri olan Hacı Mətləb də bu məqsədlə hazırlanmışdı.

Diqqəti çəkən daha bir nüans bundan ibarətdir ki, istər “İnteraz”, istərsə də “SalamNews” fəaliyyətlərində ciddi özünüifşa səhvlərindən yayındırmağa çalışırlar. Konkret desək, bu saytlar öz xəbər lentlərini standart materiallarla dolduraraq ölkə və dünya gündəmini operativ təqib etdikləri, xəbər yayımına məsuliyyətlə yanaşdıqları görüntüsünü yaradırlar.

Amma İranla bağlı, yaxud da rejimin yüksək vəzifəli şəxslərinə dair materiallardakı təqdimat onların gerçək kimliklərini üzə çıxarır. İran liderinin protokol üzrə vəzifəsinin tam əks etdirilməsi, rejimin maraqlarının qabarıq nəzərə çatdırılması və başqa detallar o saytların hansı ideologiyaya xidmət etdiklərini açıq-aşkar ortaya qoyur. Eyni zamanda, 3 il əvvəl Bağdadda məhv edilən general Qasım Süleymani və İran rejiminin “müqəddəs” elan etdiyi bir sıra şəxsələrə münasibətdə göstərilən həssaslıq hər iki saytı xarakterizə etməyə imkan verir.

Sözsüz ki, belə bir bioqrafiyaya malik Hacı Mətləbin yönləndirdiyi media orqanlarının fəaliyyətinə necə imkan verilməsi də maraqlı nüansdır. Bu məsələdə hakim siyasi komandanın tərkibində uzun müddət fəaliyyət göstərən və bu sahəni kurasiya edən iki nəfərin – Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovla artıq ləğv olunmuş MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmlinin adları hallanır.

Əldə edilən məlumatlara əsasən, Bakıda və Cəlilabadda bir neçə biznes obyekti olan Hacı Mətləbin funksiyası sözügedən saytların Tehrandan alınan təlimatlar əsasında idarə olunması ilə məhdudlaşmır. “Qum məzunu” həm də məskunlaşdığı Rusiyada yaşayan azərbaycanlıların İran şəbəkəsinə cəlb edilmələri istiqamətində fəaliyyət göstərir, onların beyinlərinin “yuyulmasında” birbaşa iştirak edir.

Yuxarıda vurğulandığı kimi, İran sosial şəbəkələrdə, ən çox da “YouTube” ilə “Facebook”da Azərbaycan əleyinə çox sayda kanal və səhifə yaradaraq o platformalarda aktiv fəaliyyəti stimullaşdırır. Araşdırmalara əsasən, “Facebook”da yaradılan https://www.facebook.com/search/top?q=huseyniyyun, https://www.facebook.com/profile.php?id=100083077011447, https://www.facebook.com/profile.php?id=100064423493011 və başqa səhifələrdə Azərbaycan əleyhinə çox fəal işlər aparılır.

Eyni zamanda, “YouTube” yaradılan https://www.youtube.com/@MUSELMANXALQ313, https://www.youtube.com/@ArRadTV, https://www.youtube.com/@emmarmedia və digər kanallarda Azərbaycana qarşı hədyanlar səsləndirilir.

Şübhəsiz, Azərbaycanın media məkanında dövlət əleyhinə açıq fəaliyyət göstərən İranyönümlü quruluşların öz mövcudluqlarını bundan sonra da sərbəst şəkildə davam etdirmələri bu platformada siyasi-ideoloji təxribatların daha da genişlənəcəyi anlamına gəlir. Ona görə də bu təhlükənin birdəfəlik aradan qaldırılması üçün dövlətin qəti addımlar atacağına dair gözləntilər böyükdür.

www.yenicag.az

677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv