!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın Azərbaycana hərbi təcavüz ehtimalı: "Bu addım atılarsa..."

!Reklam – Yazi

“İran Azərbaycana qarşı hərbi təcavüzə başlasa, itkisi qazancından qat-qat artıq olacaq”.

Bu sözləri İranla Azərbaycan arasındakı gərginlik, hərbi müdaxilə ehtimalını şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə İranın Azərbaycana hərbi təcavüzünü istisna edir:

“İranın Azərbaycan sərhədinə qoşun cəmləşdirməsinə çox soyuqqanlı baxıram. Əminəm ki, heç bir hərbi toqquşma olmayacaq. Çünki nə İrana, nə də Azərbaycana bu lazım deyil. Əzələ nümayişi və gücdən siyasi təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Məncə əbəs yerə. Nə Azərbaycan qorxub geri çəkiləndir, nə də Azərbaycan İranı qorxuzmağa qadirdir.

İranda hansısa dayaz düşüncəli bir insan Azərbaycana qarşı hərbi təcavüz addımını atsa, iki ciddi təhlükə ilə üzləşəcək. Birincisi, İranın köklü və əsas sakinlərindən olan İran azərbaycanlılarının kəskin etirazı baş verəcək. İkincisi isə, Qərb ölkələri bu bəhanədən istifadə edib, dünyanın gözü qarşısında İranın təcavüzkar olduğunu şərksiz surətdə göstərərək, İrana hərbi zərbə endirməsi olacaq. İran təcavüz edərsə, ABŞ və İsrail bundan istifadə edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

381
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv