İranın Azərbaycandakı səfirliyində tüstülənmə – YENİLƏNİB/FOTOLAR

İranın Azərbaycandakı səfirliyi tüstülənmə ilə bağlı məlumat yayıb.

Yenicag.az xəbər verir ki, hadisə inzibati binanın 2-ci mərtəbəsində, təmir gedən hissədə qeydə alınıb. Elektrik naqillərində qısaqapanma olub və tüstülənmə meydana gəlib. Həyata keçirilən tədbirlər nəticəsində tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb.

Hazırda hadisə tam nəzarət altındadır, xəsarət alan yoxdur.

***

Saat 17:55

İranın Azərbaycandakı səfirliyinin inzibati binasında tüstülənmə olub.

Yenicag.az xəbər verir ki, hadisə İran İslam Respublikasının Bakının Səbail rayonunda yerləşən səfirlik binasında qeydə alınıb. Səfiriliyin 3 mərtəbəli inzibati binasının 2-ci mərtəbəsində tüstülənmə müşahidə edilib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlib. (APA)

COP29